Bakı Dövlət Universiteti təqaüd alan tələbələrə əvvəlki semestrin nəticələrinə əsasən əlavə ödənişlər edib.
Belə ki, 2020 – 2021 tədris ilinin payız sessiyasında təqaüd alan tələbələrin hesablarına, əlavə pul məbləği yüklənib.
Tehsil.biz xəbər verir ki, universitetin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin rəhbəri Günel Orucəliyeva bu addımın əvvəlki semestrin uzadılması səbəbi ilə atıldığını və tələbələrin haqqı olduğunu bildirib.
Uzadılan müddət hesablanaraq tələbələrin hesablarına 18 (adi), 26( həvəsləndiri), 31 (əlaçı) manat məbləğində ödəniş edilmişdir.
Qeyd edək ki, ali təhsil müəssisələrində pandemiya səbəbi ilə onlayn şəkildə həyata keçirilən tədris semestri bir müddət uzadılmışdı.